BaşlıcaSiyasət

Rusiya başa düşməlidir ki, Bakı və Ankaranın dəstəklədiyi ekstremistlərin hücumları artacaq: İranlı politoloq

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalı iranlı politoloq və hüquqşünas doktor Əhməd Qaziminin şərhini dərc edib.

O, bildirib ki, Rusiya Bakı və Ankaranın dəstəklədiyi ekstremistlərin hücumlarının artacağını artıq başa düşməlidir.

“İranlı politoloq və hüquqşünas, doktor Əhməd Qazimi: Rusiyanın Qafqazda silsilə səhvləri fonunda “Crocus City Hallda” terror aktından sonra Rusiya artıq başa düşməlidir ki, əgər NATO Turan dəhlizini formalaşdırsa və etnik separatçı terrorçular üçün dəhliz yaradacaqsa, Mərkəzi Asiya ekstremistlərinin bu cür hücumları, o cümlədən Bakı və Ankara tərəfindən dəstəklənən təkfirçilərin hücumları daha çox olacaq”, -İİKK Telegram kanalı yazıb.

Daha çox göstər
Back to top button