BaşlıcaSiyasət

Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır: Peskov

Rusiya və Ermənistan münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, qardaş ölkələr olaraq qalırlar.

Bunu aif.ru-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır:

“Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir.

Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün Yerevanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”, – Kremlin sözçüsü qeyd edib.

Daha çox göstər
Back to top button