BaşlıcaSiyasət

Səkkiz erməni hərbi xidmətçinin işi BMT-nin məcburi və istəmədən itkin düşmüş şəxslərin məsələləri üzrə işçi qrupuna təqdim edilib

2024-cü ilin Martın əvvəlində “Erməni beynalxalq və müqayisəli hüquq mərkəzi” (sədr- Niranuş Sahakyan), Hay Dat sistemində fəaliyyət göztərən “Ədliyyə və insan hüquqları erməni hüquq mərkəzi”nin himayəsi altında səkkiz erməni hərbi xidmətçisinin işi BMT-nin məcburi və istəmədən itkin düşmüş şəxslərin məsələləri üzrə işçi qrupuna rəsməm təqdim edilib. Erməni İnqilabi Daşnaktsutyun Bürosunun Hay Dat mərkəzi ofisindən bildiriblər ki, bütün işləri zərərçəkmiş şəxslərin ailələri ilə əmakdaşlıq edərək təqdib olunub.

BMT-nin İnsan hüquqları şurası tərəfindən yaradılmış yuxarıda adı çəkilən işçi qrupun mandatına insanların itkin düşmə şəraitinin aşkara çıxarılması üçün onların hərtərəfli araşdırılması, habelə günahkarların məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsasın formalaşdırılması daxildir.

Təqdim olunan işlərin hər birində zərərçəkmiş hərbi qulluqçular ya çağırışçı, ya da könüllü olublar. Təəssüf ki, axtarış-xilasetmə əməliyyatlarının nəticəsində tapılan qalıqların itkin düşənlərə aid olduğu müəyyən edilməyib.

Təqdim edilmiş işlərə itkin düşmüş şəxslərin yoldaşlarının Azərbaycan silahlı qüvvələrinin terror xarakterini və hərbi cinayətlərini nümayiş etdirən çoxsaylı ifadələri əlavə olunub. Yaralı yoldaşlarına tibbi yardım göstərməyi üstün tutaraq bundan imtina edən və hazırda itkin düşmüş hesab edilən hərbçilərdən birinin fədakar davranışı barədə ifadələr var.

“Erməni hüquq mərkəzi” və “Erməni beynəlxalq və müqayisəli hüquq mərkəzi” erməni hərbi əsirlərin, itkin düşmüş şəxslərin, eləcə də törədilmiş hərbi cinayətlər üçün Azərbaycanın məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Daha çox göstər
Back to top button