BaşlıcaSiyasət

Pekin Cənubi Qafqaza Asiya ilə Avropa arasında potensial dəhliz kimi baxır: Çinli ekspert

Çin Cənubi Qafqaza Asiya ilə Avropanı birləşdirən dəhlizə çevrilə biləcək zona kimi baxır. Bu barədə “Ermənistan sivilizasiyaların qovşağı kimi” konfransında Çinli politoloq Çan Liu bildirdi.

O əlavə edib ki, Çin Cənubi Qafqaz ölkələri ilə əlaqələri uğurla inkişaf etdirir. Ekspert qeyd edib ki, Pekin Yerevanla iqtisadiyyat və mədəniyyət, Azərbaycanla isə enerji sahəsində əlaqələri inkişaf etdirməyə çalışır.

“Biz ötən il Gürcüstanla da saziş imzalamışıq” – Çan Liu vurğulayıb.

O, vurğulayıb ki, Çin regionda sülhün əldə olunmasında maraqlıdır.

Daha çox göstər
Back to top button