BaşlıcaSiyasət

Bizim işğalçıya qarşı mübarizədə Ermənistana kömək etmək vəzifəmiz var: An Petel

Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun prezidenti Ann-Lorens Petel hesab edir ki, Ermənistanın müdafiə qabiliyyətinin və suverenliyinin gücləndirilməsində Fransanın edəcəkləri var. Onun sözlərinə görə, Fransa müdafiə sahəsində Ermənistanın əsas tərəfdaşına çevrilib, bu da ölkəyə Ermənistanın təcavüzkar qonşusu Azərbaycanla münasibətlərini balanslaşdırmağa imkan verir.

“Armenpress”ə müsahibəsində Petel Dağlıq Qarabağ münanaqişəsinin həllində Fransanın edəəcklərinə, müdafiə, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarına, Fransa Senatının Azərbaycanın Ermənistana qarşı təcavüzünü pisləyən və Azərbaycanı Dağlıq Qarabağdan məcburi köçkünlərin geri qaytarılmasını təmin etməyə çağıran qətnaməsinə də toxunub.

“Bu, mənim Ermənistana dördüncü, bəlkə də beşinci səfərimdir. Bu dəfə Ermənistanla dostluq qrupunun nümayəndə heyətinin səfəridir, ona görə də dostluq qrupunun sədri kimi ilk dəfədir Ermənistana səfər edirəm. Nümayəndə heyətimizə müxtəlif fraksiyaların deputatları daxildir. Bizim çoxpartiyalı nümayəndə heyətimiz var ki, bu da bütün siyasi partiyaların Ermənistanı dəstəkləmək barədə konsensusunu əks etdirir”.

Səfir Fransa Senatının Azərbaycanın Dağlıq Qarabağa təcavüzünü pisləyən qətnaməsinə toxunaraq qeyd edib ki, qətnamə Fransa Senatı tərəfindən qəbul edilib.

“O, Azərbaycanı Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini və rifahını təmin edəcək şəraitə zəmanət verərək onların qayıtmaq hüququnu təmin etməyə çağırır. Bundan əlavə, Ermənistan ərazilərinin Azərbaycan tərəfindən işğalını pisləyir və Azərbaycanı Azərbaycan silahlı qüvvələrini Ermənistan ərazisindən çıxartmağa çağırır”.

Daha çox göstər
Back to top button