BaşlıcaSiyasət

Bu gün dördgünlük Aprel müharibəsinin 8-ci ildönümüdür

8 il əvvəl, 2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan silahlı qüvvələri 1994-cü il mayın 12-də atəşin və hərbi əməliyyatların tam dayandırılması və 6 fevral 1995-ci il tarixli atəşkəs rejiminin gücləndirilməsi haqqında razılaşmaları pozaraq, Artsax Respublikasına hücum etdilər.

Azərbaycan ordusu 4 gün ərzində ağır texnika, artilleriya və aviasiyadan istifadə etməklə Artsaxla təmas xətti boyunca hücuma cəhd edib. Lakin xeyli canlı qüvvə və texnika itkisinə məruz qalan və qarşıya qoyulan məqsədlərə nail olmayan Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qaldı.

Ən qızğın döyüşlər cənub (Hadrut) və şimal-şərq (Martakert) istiqamətlərində gedirdi.

Döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 110 hərbçisi həlak olub.

Aprelin 5-də atəşkəslə bağlı şifahi razılıq əldə olundu.

Daha çox göstər
Back to top button