BaşlıcaSiyasət

“Mən Ermənistanın gələcəyini Avropada görürəm”: Fransa səfiri

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Défis Humanitaires nəşrinə uzun müsahibə verib və orada ikitərəfli münasibətlərin ən mühüm aspektlərinə və Cənubi Qafqazdakı vəziyyətə toxunub. Bu müsahibədən ən vacib fraqmentləri təqdim edirik.

“Əslində, rus əsgərləri yalnız Dağlıq Qarabağ qüvvələrinin tərksilah edilməsi vaxtı gələndə kazarmalarını tərk etdilər, bu, faktiki hakimiyyətin Azərbaycan hökuməti ilə bağladığı atəşkəs sazişində nəzərdə tutulub. Buna görə də Türkiyənin dəstəyi və Rusiyanın iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağa hücumu baş verdi ki, bu da demək olar ki, bütün ermənilərin – hazırda qaçqın vəziyyətində olan 100 mindən çox insanın kütləvi və zorakılıqla bu ərazini tərk etməsinə səbəb oldu.

Buna görə də Ermənistan təhlükəsizlik üzrə tərəfdaşlığını diversifikasiya etməyə çalışır. Bunun üçün daha uzaq dövlətlərə, məsələn, müdafiə əlaqələrini inkişaf etdirdiyi Fransaya üz tutur. Fransa isə KTMT-nin üzvü qalan Ermənistanı silahla təmin edən ilk NATO ölkəsi olduğu üçün tabuları pozdu. Eyni mənada ermənilər Hindistana üz tuturlar. Fransanın müdafiə nazirinin fevralın 23-də Yerevana səfərindən sonra isə martın 4-də Yunanıstanın müdafiə nazirinin Yerevana səfəri baş tutdu.

Digər tərəfdən, Ermənistan üçün mühüm qonşu olan İranı da unutmaq olmaz, çünki Tehran Ermənistanın cənubundakı Ermənistan-İran sərhədinin Ermənistandan və İrandan başqa heç bir dövlətin nəzarətinə keçə bilmədiyini dəfələrlə bildirib.

Azərbaycan hakimiyyətinin niyyətinin nə olduğunu bilmirəm və onlarla heç bir əlaqəm yoxdur. Amma qeyd edirəm ki, bu parçalanmış, deqradasiyaya uğramış beynəlxalq mühitdə son illərdə Azərbaycan və Ermənistan və ya Azərbaycan və Dağlıq Qarabağ regionu arasında bir neçə hərbi epizod baş verib və hər dəfə bunu Azərbaycan başlayıb.

Mən Ermənistanın gələcəyini Avropada görürəm. Erməni xalqının 2018-ci ilin Məxməri İnqilabı zamanı seçdiyi və o vaxtdan bəri bütün sınaqlara baxmayaraq davam etdirdiyi demokratik trayektoriyanın mənası budur. Bu baxımdan Ermənistanın bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması da çox güclü siqnaldır. Lakin Avropaya üz tutmaq onun regional mühitindən təcrid olunmaq demək deyil.

Ermənistanın gələcəyini qurmaq Azərbaycanla sülh sazişinin əldə olunmasını tələb edir, həmçinin modus vivendi, hansı ki, regionun bütün dövlətlərinə Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində tutduqları strateji mövqedən tam şəkildə istifadə etməyə imkan verəcək. Ona görə də bu münaqişənin həlli biz avropalılar üçün vacibdir”.

Daha çox göstər
Back to top button