Başlıcaİctimaiyyət

2023-cü ildə 817 nəfər Ermənistandan sığınacaq üçün müraciət edib: Daxili işlər nazirliyi

2023-cü ildə 817 nəfər Ermənistandan sığınacaq xahiş edib. Bu barədə ER Daxili işlər nazirliyinin Miqrasiya və vətəndaşlıq xidmətinin rəisi Armen Ğazaryan Aprelin 2-də Parlamentdə Dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə sığınacaq xahiş edənlərin sayı 206, 2021-ci ildə 260, 2022-ci ildə isə 968 nəfər olub. Xidmət rəisinin fikirincə, kəskin artım Ukraynadakı hərbi əməliyyatlarla bağlı olub.

“2023-cü ildə tendensiya saxlanılıb. Bununla belə, müəyyən azalma var. 2022-ci ilə qədər ilk yerləri adətən Yaxın Şərq ölkələrinin vətəndaşları tuturdu: Suriya, İraq və Misir” –deyə  Ğəzaryan qeyd edib.

2022-2023-cü illərdə Ukrayna vətəndaşları birinci, Suriya və İraq vətəndaşları ikinci və üçüncü yerləri tutmuşlar.

Hindistan vətəndaşlarına gəlincə, Daxili işlər nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, onlar ötən il sığınacaq üçün müraciət etməyiblər. Əvvəlki illərdə isə bir-iki belə hal olub.

Daha çox göstər
Back to top button