BaşlıcaSiyasət

İranlı deputat Azərbaycanda İsrailin diplomatik mərkəzlərindən birinə zərbə endirməyə çağırıb

İran parlamentinin deputatı Cəlal Rəşidi Azərbaycanda İsrailin diplomatik mərkəzlərindən birinə zərbə endirməyə çağırıb. Deputat bu təklifi İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumundan sonra irəli sürüb.

“Sionistlərin İran torpağına hərbi hücumuna analoji cavabda gecikmək İranın reputasiyasına və şərəfinə ağır zərbəyə bərabərdir.

Mənim təklifim odur ki, region ölkələrindən birində, tərcihən Azərbaycanda sionistlərin diplomatik mərkəzlərindən birinə açıq şəkildə hücum edək”,- İran parlamentinin deputatı Cəlal Rəşidi X platformasındakı hesabında yazıb.

Daha çox göstər
Back to top button