BaşlıcaSiyasət

“Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanda daha 5 jurnalistin saxlanmasını məhkum edib

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycanda daha 5 jurnalistin saxta valyuta qaçaqmalçılığı ittihamı ilə həbsini tənqid edib: Toplum TV bu dəfə repressiya qurbanı oldu: Həbs olunan jurnalistləri 5-8 il azadlıqdan məhrum olunmaq gözləyir.

“Sərhədsiz Reportyorlar” təşkilatı ictimai maraqlar naminə korrupsiya hallarını işıqlandıran jurnalistləri dərhal azad etməyə çağırır.

Hökumətin məqsədi vətəndaş cəmiyyətini təcrid etmək və istənilən fərqli fikrin qarşısını almaqdır. “Prezident İlham Əliyev siyasi plüralizmin bütün formalarını məhv edərək müstəqil mediyanı rəsmi diskursla birləşdirir” – deyə təşkilat qeyd edib.

Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Jeanne Kaveliyen Azərbaycandakı həmkarlarını bu ölkədə mətbuat azadlığının vəziyyətinin kəskin şəkildə pisləşməsinə göz yummağı dayandırmağa və buna uyğun hərəkət etməyə çağırıb.

Daha çox göstər
Back to top button