BaşlıcaBeynəlxalq

ABŞ-ın Alyansdakı səfiri:  “NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı çox dəyərlidir”

Şimali Atlantika Alyansının Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı olduqca dəyərlidir. Azərbaycan mətbuatının məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culiana Smit məlumat verib.

 O, xatırladıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu yaxınlarda Cənubi Qafqaza Ermənistan, Gürcüstan, Azərbaycana səfər edib.

 “Bu, regiona çox vacib səfər idi. O, Cənubi Qafqaz ölkələrinin paytaxtlarına səfər edib və bu, bizim tərəfdaşlığımızın dəyərini göstərir.

Gürcüstan bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Azərbaycan və Ermənistan da NATO ilə əlaqələr qurur, lakin vurğulamaq lazımdır ki, bütün tərəfdaşlar üzv olmağa can atmır” – deyə o, NATO-nun Gürcüstan alyansın bir hissəsi olmaq istəyini dəstəklədiyini bildirib.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button