BaşlıcaSiyasət

Aİ sülh müqaviləsinə gətirib çıxaracaq mənalı danışıqlar görmək istəyir: Klaar

Sərhəddə atışmalarla bağlı hər hansı xəbər narahatedicidir. Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azatutyun”a müsahibədə Brüssel görüşü fonunda sərhəddəki gərginliyə toxunurkən bildirib.

Klaar atəşkəsin pozulmasının Ermənistan və Aİ arasında dərinləşən münasibətlərə Bakının cavabı olub-olmadığını bilmir, lakin o qeyd edir ki, Aİ sülh müqaviləsinə, sərhədlərin demarkasiyasına dair razılaşmalara və sərhədlərin açılmasına gətirib çıxaracaq real, substantiv danışıqlar görmək istəyir.

“Diqqət buna yönəlməlidir”, – deyən Aİ-nin xüsusi nümayəndəsi substantiv danışıqlar prosesinə qayıtmağın zəruri olduğunu vurğulayıb.

Toyvo Klaar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür. Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsinin bir neçə səbəbi ola bilər.

“Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və Yerevanla birgə işləmək istəyirik”, – o bildirib.

Daha çox göstər
Back to top button