BaşlıcaSiyasət

Anti-erməni məktəb olimpiadası sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistanı işğal etmək planlarından əl çəkməyəcək

Son günlərdə Azərbaycan mətbuatında məlumat yayılıb ki, aprelin 27-də “Qərbi Azərbaycana qayıdış” (“Qərbi Azərbaycan” dedikdə Ermənistan Respublikasının ərazisi nəzərdə tutulur) adı altında tələbə olimpiadası keçiriləcək. Bu barədə “Geghard” Elmi Analitik Fondu məlumat yayıb. Tədbir Azərbaycanın Elm və Təhsil Nazirliyi, Naxicevan Təhsil Nazirliyi, Azərbaycan Təhsil İnstitutu, Naxicevan Dövlət Universiteti və “Qərbi Azərbaycan İcması” adlanan təşkilat tərəfindən həyata keçirilir.

Təşkilatçılar bildiriblər ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlərin “Qərbi Azərbaycan” adlanan tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, yer adları və folkloru haqqında biliklərini artırmaq və onların dərindən öyrənilməsini təmin etməkdir. Üç turdan ibarət olimpiadada 9 və 10-cu sinif şagirdləri iştirak etməlidir.

Bu hadisə Azərbaycanın işğalçı siyasətinin çoxsaylı təzahürlərindən yalnız biridir. Azərbaycan rəhbərliyi öz siyasətinin mahiyyətini gizlətmədən dəfələrlə bəyan edib ki, Ermənistan Respublikasının ərazisi azərbaycanlıların “tarixi vətəni”dir və onlar mütləq ora qayıtmalıdırlar. İlham Əliyev bu tezisi 2022-ci ildə “Qərbi Azərbaycan İcması” təşkilatının inzibati binasına səfəri zamanı təqdim edib. Qeyd edək ki, bu qurumun fəaliyyəti tamamilə dövlət himayəsi altında yuxarıda qeyd olunan saxta tezislərin hazırlanması və yayılmasına yönəlib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda hətta gənc nəsildə də ermənilərə qarşı nifrəti aşılanır.

Bu, həm də onu sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı işğalçı və qanunsuz planlarından əl çəkmək fikrində deyil. “Geghard” elmi-analitik Fondu Azərbaycan hakimiyyətinin himayəsi altında təşkil edilən bu və digər bu kimi anti-erməni tədbirləri pisləyir və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğalçılıq siyasətinə, Ermənistanın ərazi bütövlüyünə qəsd təhlükəsinə cəlb edir.

Daha çox göstər
Back to top button