![](/wp-content/uploads/2024/04/1134547-1.jpg)
Qanuna görə, Ermənistan-Rusiya müştərək Hava hücumundan müdafiə (HHM) sistemi erməni tərəfinin göstərişi ilə işə salınmalı idi, lakin onun işə salınmaması ilə bağlı hal olub.
Verilən məlumata görə, bu haqda Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Onlar bizim seçkiqabağı proqramımızdan sitat gətirirlər, orada yazmışdıq ki, Ermənistan-Rusiya münasibətləri, KTMT, vahid hava hücumundan müdafiə sistemi və s. bizim təhlükəsizliyimizi təmin edən amillərdir.
Düz deyirsiniz, yazmışıq amma KTMT deyir ki, yox, mən sizə kömək etməyə gəlmirəm, müqavilə işləmir.
Elə hal olub ki, qanunda bizim komandanlığımızda olan birgə HHM zamanı zenit müdafiəsi vahid olmalıdır, amma bizim tabeliyində olan birgə hava hücumundan müdafiə vahidi birləşməyib. Və bunun kimi çoxsaylı əməllər…”- deyə Paşinyan bildirib.