BaşlıcaSiyasət

Ermənistan-Hindistan münasibətləri günü-gündən inkişaf edir

Regiondakı çağırışlar, Ermənistan-Azərbaycan gərgiliyi, Ermənistanın suveren ərazisinə qarşı ambisiyaları olan Azərbaycanın siyasəti fonunda Ermənistan Hindistanla münasibətlərini inkişaf etdirir. Keçən il Ermənistanın Hindistanda hərbi attaşesi olmasına dair qərar qəbul olunub. Bu da öz növbəsində hərbi sahədə tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət verəcək və dostluq əlaqələrinin daha da dərinləşməsinə, eləcə də hərbi və hərbi-texniki əməkdaşlıq imlanlarının genişlənməsinə töhfə verəcək.

Dünən isə məlum olub ki, Hindistanın Ermənistanda ilk dəfə olaraq hərbi nümayəndəsi olacaq. Ekspertlər qeyd edirlər ki, bu təyinat hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan-Hindistan əməkdaşlığının artması ilə bağlıdır.

Bu, hərbi və hərbi-texniki əməkdaşlığın genişləndiyini sübut edir və təbiidir ki, belə bir şəraitdə hər iki dövlət hərbi attaşe təyin etmək istəyir. Bu isə, hərbi-texniki sahədə əməkdaşlığın daha da artmasına töhfə verəcək.

Ermənistan-Hindistan əlaqələrinin genişləndirilməsi fonunda xatırladaq ki, ötən il Hindistana hərbi texnikanın, o cümlədən reaktiv yaylım atəş sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Ermənistan-Hindistan hərbi-texniki əməkdaşlığının dəyəri 1 milyard dollara çatır. Ermənistan Hindistandan Hindistan istehsalı olan 4 ədəd “Pinaka”, 15 ədəd “Akaş”, 1 ədəd “Zen” dron əleyhinə müdafiə sistemi və 1 ədəd “Svati” raket əleyhinə radar alır.

Gözlənildiyi kimi Ermənistan-Hindistan münasibətlərinin inkişafı Azərbaycanda çoxlu mənfi reaksiyalar alır. Ermənistanın hərbi təchizatı Azərbaycanda isterika ilə qarşılanıb.

Təbii ki, Ermənistan-Hindistan münasibətlərinin artan tempindən Azərbaycan narazıdır, çünki Azərbaycan-Hindistan münasibətləri 2020-ci ildən başlayaraq gərginlik mərhələsindədir. Səbəblərdən biri Azərbaycanın Hindistanla dərin münaqişələri olan Pakistanla münasibətləridir.

Azərbaycan və Türkiyə beynəlxalq platformalarda Pakistanı fəal şəkildə dəstəkləyir. Ola bilsin ki, Hindistan hökumətinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsi imkanlarını nəzərdən keçirmək qərarına gəlməsinin səbəblərindən biri də məhz budur. Eyni zamanda Ermənistan Hindistandan yolun Ermənistan ərazisindən keçməsi barədə təklif alıb.

Bütün mövcud gərginliklərə paralel olaraq, Ermənistan Azərbaycan tərəfinin təcavüzkar siyasətini nəzərə alaraq, müdafiə qabiliyyətini gücləndirməkdə davam etməlidir.

Daha çox göstər
Back to top button