BaşlıcaSiyasət

Kostanyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərə dair Azərbaycanın cavabını gözləyir”

Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab gözləyir. Bu barədə ER Xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində Ermənistanın mart ayında Azərbaycana yeni təkliflərini göndərdiyini xatırladıb.

“Hazırda biz Azərbaycan tərəfdən cavab gözləyirik” – deyə Kostanyan bildirib.

Nazir müavininin sözlərinə görə, problem Azərbaycanın nəhayət qərar qəbul etməsi və iki ölkə arasında əldə olunmuş prinsiplərin sülh müqaviləsi layihəsində əks olunmasına razılıq verməsidir.

Daha çox göstər
Back to top button