BaşlıcaSiyasət

Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentlə bağlı məlumat yaydı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentlə bağlı məlumat yaydı.

Məlumatda qeyd olunub ki, aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub.

Məlumata görə, hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması faktı ilə bağlı cinayət işi başladılıb.

Daha çox göstər
Back to top button