BaşlıcaSiyasət

Andranik Koçaryan: “44 günlük müharibəni araşdıran komissiyanın hesabatı mayın sonunda və ya sentyabrda təqdim olunacaq”

Düşünürəm ki, mayın sonuna kimi 44 günlük müharibə məsələsi ilə bağlı istintaq komissiyasının hesabatını təqdim edəcəyik.  Jurnalistə müsahibəsində bu haqda “KP” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan qeyd edib.

“Əgər plenar iclasların sonuna çatmasaq, o zaman sentyabrda tam hesabat təqdim edəcəyik. Əsas odur ki, hesabatın keyfiyyəti, heç kimdə sual buraxmasın.

İsraildə məsələn, 10 il davam edən belə hesabatlar olubdur. Qanunvericiliyimizə görə, işi yekunlaşdırdıqdan sonra plenar iclasların birində təqdim olunacaq hesabatı parlament sədrinə təqdim etməyə borcluyuq”-deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button