BaşlıcaSiyasət

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistanın Azərbaycana qarşı” işi üzrə dinləmələr keçiriləcək

Aprelin 15-19-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistanın Azərbaycana qarşı” məhkəmə işi üzrə açıq dinləmələr keçiriləcək.

Alınan məlumata görə, bu haqda Beynəlxalq Məhkəmənin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, dinləmələr “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində “Ermənistanın Azərbaycana qarşı” məhkəmə işinə həsr olunub.

Erməni tərəfinə Ermənistan Respublikasının beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan rəhbərlik edir.

Daha çox göstər
Back to top button