BaşlıcaSiyasət

DQ-da baş veridyi ermənilərin etnik təmizləməsidir: İtaliyalı deputat

Həmişə yadda saxlamaq lazımdır ki, Dağlıq Qarabağda baş verdiyi minilliklər boyu orada yaşayan ermənilərin etnik təmizləməsidir.

 İtaliya Parlamentinin Deputatlar palatasının Xarici əlaqələr komitəsinin sədr müavini, Leqa partiyasının nümayəndəsi Paolo Formentini Ermənistanın Avro-Atlantik icmasına tam inteqrasiyasının mümkünlüyü ilə bağlı öz sualına və İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Giorgio Sillinin verdiyi cavaba belə ifadə ilə reaksiya verib.

“Biz gözləyirik ki, İtaliya Ermənistanın Avro-Atlantik icmasına inteqrasiyasına hərtərəfli dəstək verəcək. Və bu, sadəcə bir gözləntidən daha çox şeydir. Biz bunu bundan sonra da daim israr edəcəyik, çünki artıq qeyd etdiyimiz kimi, İtaliyanın Azərbaycanla ticarət və enerji sahəsində möhkəm əlaqələri var, lakin bu o demək deyil və olmamalıdır ki, biz bütöv bir xalqı taleyin istəklərinə buraxmalıyıq.

 Dağlıq Qarabağda baş verənləri hər zaman xatırlamaq lazımdır, çünki sadəcə olaraq, primitiv şəkildə qondarma “Azərbaycan torpaqlarından qovulma” kimi müəyyən edilən şey minilliklər boyu orada yaşayan ermənilərin etnik təmizləməsidir. Baş verənləri təsvir etmək üçün başqa yol yoxdur. Bunu dərk etmək lazımdır. Çoxlu həll yolları ola bilər. Lakin bu nəzərə alınmayıb və bu gün Dağlıq Qarabağda artıq erməni qalmayıb” –  deyə Paolo Formentini bildirib.

Natiq xüsusilə vurğulayıb ki, onlar bu regionun tarixi-mədəni irsinin, erməni kilsələrinin, monastrlarının və qəbirstalıqlarının müdafiəsinin təmin edilməsini gözləyirlər ki, onlar da məhv edilməsin.

“Və bütün bunlar 1915-ci il Erməni Soyqırımının 109-cu ildönümü 24 Aprelin ərəfəsində. Bu, həqiqətən də sülhə verilən qiymətdir. Əminəm və ümid edirəm ki, bu, tarixi ərazilərə, tarixi-mədəni irsə və xalqın hüquqlarına hörmətlə yanaşan əsl sülh olacaq. Biz Azərbaycanla gündəlik münasibətlərimizdə bütün bunları unutmamalıyıq. Və əgər Ermənistan məsələsində biz Avropa Birliyinə doğru irəliləyiş və NATO ilə yeni dialoq (Stoltenberqin qeyd etdiyi kimi) müşahidə etmişiksə, onu da deməliyik ki, bəzi müşahidələrə görə, Ermənistanla həmsərhəd ölkədə yəqin ki, bunun əksi baş verir “- deyə Paolo Formentini öz çıxışını tamamlayıb.

Daha çox göstər
Back to top button