BaşlıcaSiyasət

Freedom House: “Ermənistan əhalisinin və hökumətinin Rusiyaya münasibəti xeyli pisləşib”

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı “Nations in Transit 2024” illik hesabatında Ermənistan cəmiyyətinin və hökumətinin Rusiyaya münasibətinin xeyli pisləşdiyini qeyd edib.

Qeyd olunur ki, bu münasibət təkcə Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarının Azərbaycanın tətbiq etdiyi blokadadan çıxa bilməməsi və regionda humanitar böhranı tənzimləyə bilməməsi, həm də Moskvanın könüllü mövqeyi Azərbaycanın Dağlıq Qarabağa hücumu və bunun ardınca ermənilərin mühacirəti ilə bağlıdır”.

“Rusiya ictimai qavrayışda çoxdankı əlverişli mövqeyini itirib və 2023-cü ilin dekabrında keçirilən sorğuya əsasən, respondentlərin 31 faizi bütün ölkələr arasında Ermənistanın təhlükəsizliyinə ən böyük təhlükənin Rusiya olduğunu düşünür.

 40 faiz Rusiyanı ən böyük siyasi təhlükə, 51 faiz isə Rusiyanı ən böyük iqtisadi təhlükə adlandırıb” – deyə  hesabatda  qeyd olunur.

Hüquq müdafiəsi təşkilatı Ermənistan hökumətinin faktiki olaraq KTMT-dəki fəaliyyətini dondurduğunu da vurğulayır.

“Ermənistan hökuməti Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurdu, alyansı Ermənistan qarşısında kollektiv müdafiə öhdəliklərini yerinə yetirməməkdə ittiham etdi və Moskvanın Yerevanda dövlət çevrilişi etməyə cəhd etdiyini iddia etdi”- deyə hesabatda bildirilir.

Təşkilatın hesabatında qeyd olunur ki, bunun fonunda Qərb tərəfdaşları, xüsusilə də Avropa Birliyi (AB) ilə münasibətlər 2023-cü ildə, xüsusən də sentyabrda Azərbaycanın Dağlıq Qarabağa hücumundan sonra sürətlə sıxlaşıb..

“Lakin Avropa Birliyi və ABŞ belə bir senari üçün qırmızı xətlər çəksələr də, Azərbaycanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb edə bilmədilər.

 “Brüssel islahatlara dəstəyi gücləndirməklə və AB ilə Ermənistan arasında münasibətlərin səviyyəsini yüksəltməklə Ermənistanın sabitliyini dəstəkləmək üçün hərəkətə keçib və müzakirələr AB-nə üzvlük üçün mümkün yolun ilk əlamətlərini göstərib” – deyə hesabatda vurğulanıb.

Daha çox göstər
Back to top button