BaşlıcaSiyasət

Yerevanla London arasında miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparılmayıb

Ermənistanla Böyük Britaniya arasında qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparılmayıb.

Bu barədə “Armenpress” ilə söhbətində ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Böyük Britaniyanın Ermənistan, Kot-d’İvuar, Kosta-Rika və Botsvana ilə miqrantların Ruandaya deportasiyası sxemi təkrarlamaq üçün danışıqlar aparması barədə Britaniyanın “Times” qəzetinin dərc etdiyi məlumata istinadən bildirib.

“Nəşrdə qaldırılan məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb”, – deyən spiker qeyd edib ki, Ermənistan Respublikası və Böyük Britaniya arasında geniş siyasi dialoq gündəliyi var.

ER Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini Nelli Davtyan Britaniya dövri nəşrinin yaydığı bu məlumatı təkzib edib.

“Daxili İşlər Nazirliyi, xüsusən Miqrasiya və Vətəndaşlıq Xidməti bu cür danışıqlarda iştirak etmir və heç vaxt da iştirak etməyib”, – deyə Nelly Davtyan vurğulayıb və onların gündəmində belə bir məsələnin olmadığını açıqlayıb.

Daha çox göstər
Back to top button