BaşlıcaSiyasət

Parlament avqustun 3-nün Yezidi soyqırımı qurbanlarının anım günü kimi təsis edilməsi layihəsini birinci oxunuşda qəbul edib

Ermənistan Parlamenti birinci oxunuşda avqustun 3-nün Sincarda yezidi soyqırımı qurbanlarının xatirəsini anma günü kimi qeyd edilməsi layihəsini qəbul edib.

“Armenpress”in məlumatına görə, “Ermənistan Respublikasının bayramları və xatirə günləri haqqında” qanuna əlavə edilməsi barədə qanun layihəsi lehinə 88 səs toplayaraq yekdilliklə qəbul edilib.

Layihəni hakim “Mülki müqavilə” fraksiyasının yezidi deputatı Rustam Bakoyan təqdim edib.

2014-cü il avqustun 3-də İraqın yezidilərin yaşadığı Sincar şəhərinə “İslam Dövləti” terror qruplaşmasının hücumları həyata keçirilib və burada üç mindən çox insan həlak olub. Aclıq, susuzluq və dözülməz istilər nəticəsində dağlara sığınan minə yaxın insan həlak olub, 200 mindən çox yezidi qaçqın düşüb, 13-56 yaş arası 5000-ə yaxın qadın və qız qaçırılıb. İslamı qəbul etmək və cihadçılarla evlənmək sonuncuların sağ qalması üçün ilkin şərt idi.

Daha çox göstər
Back to top button