BaşlıcaSiyasət

İranın Ermənistandakı səfiri: “İranın ən yüksək rütbəli rəsmisinin sərhədlərlə bağlı dediyi sözlər diqqətdən kənarda qala bilməz”

Qırmızı xətlərimiz dəyişməyib, yüksək rütbəli İran rəsmisi beynəlxalq səviyyədə çəkilmiş sərhədlərin dəyişdirilməsinin əleyhinədir və buna göz yummaq olmaz.

Bu haqda aprelin 16-da jurnalistlərlə görüşü zamanı İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani qeyd edib.

“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən geosiyasi dəyişikliyin və dəyişikliklərin qəti əleyhinəyik.

Sərhəd problemləri varsa, ümumi anlaşmaya əsaslanaraq, o cümlədən ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq, dialoq yolu ilə həll edilməlidir.

Biz beynəlxalq səviyyədə tanınmış sərhədlərin sülh yolu ilə tanınmasının tərəfdarıyıq” – deyərək səfir qeyd edib.

Daha çox göstər
Back to top button