Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması prosesinin başlandığını təsdiqləyib.
Bu haqda RİA Novosti Peskovun sözlərinə istinadən məlumatlandırıb.
O, jurnalistlərə “Bəli, doğrudur” deyib.
Bundan əvvəl Azərbaycan mətbuatı RF sülhməramlılarının Dağlıq Qarabağı tərk etməsi ilə bağlı xəbərlər yayıb.