BaşlıcaSiyasət

ABŞ Konqresi bir qrup azərbaycanlı dövlət məmuruna qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan Konqresdəki öz mənbələrinə istinadla yazır.

Bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna – hərbiçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.

Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Bu qanun layihəsinin qəbul edilməsi “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla” izah olunur.

Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, “Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”, deyə sənəddə bildirilir.

Daha çox göstər
Back to top button