BaşlıcaSiyasət

Baş nazir: “Biz Artsvaşenin Ermənistanın bir hissəsi olması faktını de-yure əsaslandırmağa hazırlaşırıq”

Ermənistan və Azərbaycan sərhədin demarkasiyası prosesində anklavlar/eksklavlar məsələsini də müzakirə edirlər, Ermənistan Ermənistanın de-yure hissəsi kimi Artsvaşen eksklavı mövcudluğuna haqq qazandırmaq niyyətindədir.

Aldığımız məlumata görə, bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair əldə olunmuş razılıqla bağlı jurnalistlərlə söhbətində deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanın anklavlar/eksklavlar mövzusuna çox “allergik” münasibəti var.

“Ancaq biz anklavlar/eksklavlar mövzusundan imtina edə bilmərik, çünki Ermənistanın 29 min 743 kv. km suveren əraziyə bizim nöqteyi-nəzərimizdən eksklav, Azərbaycan baxımından anklav olan Artsvaşen də daxildir.

Biz bu məsələni həll etmək üçün razılaşdıq. Biz de-yure əsaslandıracağıq ki, Arsvaşeni eksklavı Ermənistanın de-yure hissəsidir” – deyə Paşinyan bildirib.

İş prosesində demarkasiya komissiyaları sənədləri masaya qoymalıdırlar. “Biz bunu de-yure əsaslandırdığımız zaman Artsvaşen sərhədinin demarkasiyası baş verməlidir” – deyə Baş nazir bildirib.

Baş nazir aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşma ilə bağlı jurnalistin yazılı suallarını cavablandırıb.

Baş nazirin iş heyətindən bildirilib ki, bəyanata əsasən, iki komissiya da  Ermənistanın Bağanis, Azərbaycanın Bağanis-Airum, Ermənistanın Voskepar, Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kırants, Azərbaycanın Xeyrimli, Ermənistanın  Berkaber, Azərbaycanın  Qızıl Hacılı kəndləri arasında Sovet İttifaqı  zəmanələrində mövccud olan sərhədlərin xəritəsi tərtib olunub.

 Sonrakı mərhələdə isə bu sərhədlər yerlərdə dəqiqləşdirilməli və ifadə edilməlidir. Prosesin kartoqrafik əsasını belə səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş SSRİ dövrünün hüquqi əsaslarına malik ən son topoqrafik xəritələr təşkil edir.

 Baş nazirin iş heyəti onu da qeyd etməyi vacib sayıb ki, komissiyalar Ermənistan və Azərbaycan arasında bütün sərhədlərin delimitasiyası prosesinin sərhədlərin delimitasiyası prosesinin fundamental prinsip olaraq  müəyyən edilmiş 1991-ci il Alma-Ata Bəyannaməsi prinsipinin əsaslanacağı barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button