BaşlıcaSiyasət

Davit Vardanyanın LE FIGARO-ya müsahibəsi: “200 gündür Azərbaycanda həbsdə olan atamın həyatından qorxuram”

Fransanın “LE FIGARO” dövri nəşri Bakıda qanunsuz həbsdə olan Ruben Vardanyanın oğlu Davit Vardanyanın müsahibəsini dərc edib.

Müsahibəni aşağıda tərcüməylə təqdim edirik:

Sual: – Atanızdan yeni xəbər var?

Cavab: – Bəli, amma dolayı yolla, çünki aprelin əvvəlindən anamla mənə onunla əlaqə saxlamaq qadağan edilib. Bu günlərdə məlumat aldıq ki, atam aprelin 5-dən aclıq aksiyası elan edib. Həmin gündən onun səhhəti ilə bağlı məlumatımız yoxdur.

Bu bizi çox narahat edir. Atamın 55 yaşı var, o, artıq 200  gündür ki, Bakı həbsxanasında əzab çəkir, Haçan ki, o,Artsaxın bütün əhalisi olduğu kimi on aya yaxın mühasirədə qaldıqdan sonra Bakıda həbsdədir.

Fiziki iztirablara mənəvi əzab əlavə olunur. O,özüylə  həbsdə olan digər Artsax  həmkarlarıyla ünsiyyət qurmaq hüququ yoxdur.

Onlar şübhəsiz ki, eyni müəssisədədirlər, lakin bir-birlərini görə bilmirlər və danışa bilmirlər.

Sual: – Bilirsinizmi ki, son vaxtlarda Qırmızı Xaç ona baş çəkə bildi?

Cavab: -Aclıq aksiyası başlayandan sonra Qırmızı Xaç ona baş çəkə bilmir.

Sual: – Həbs edildikdən sonra atanıza baş çəkmək üçün Siz  Bakı rəhbərliyindən icazə istəmisiniz?

Cavab: – Erməni üçün Bakıya getmək mümkün deyil. Digər tərəfdən, biz ümid edirik ki, Fransadan başlayaraq Avropa hökumətlərinin nümayəndələri onun həbs şəraitini və həbsdə olan digər Artsax xadimlərinin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün bunuetməlidirlər.Bu mümkün qədər tez edilməlidir. Sonra çox gec ola bilər.

Sual: – Onun məhkəməsi təyin olunubmu?

Cavab: – bu ilin yanvarında olunmalıydı. May ayına qədər təxirə salınmışdı, amma yenidən təxirə salınma ehtimalı yüksəkdir. Şübhəsiz ki, səbəb Azərbaycanın hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürülən saxta ittihamlarla bağlı sübutları toplaya bilməməsidir.

Terrorizmin maliyyələşdirilməsi, qeyri-qanuni və ya silahlı birləşmələrin yaradılması, Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmək kimi bəhanələrdir.

Sual: – – Siz rəsmi olaraq beynəlxalq yardım istəyirsiniz?

Cavab: – Bəli və təkcə atamı xilas etmək üçün yox. Bütün erməni hərbi əsirlər, qeyri-döyüşçülər, qanunsuz həbs edilmiş və həbsdə olan mülki şəxslər azad edilməlidir. Ümid edirik ki, həm bu istiqamətdə cəhd etdiyini iddia edən Ermənistan hökuməti, həm də dost ölkələr və qeyri-hökumət təşkilatları Bakıya təzyiq göstərəcəklər. Bu artıq ölüm-dirim məsələsidir.

Daha çox göstər
Back to top button