BaşlıcaSiyasət

Əgər Azərbaycan təhlükə deyildisə, niyə Dağlıq Qarabağ erməniləri öz ata-baba yurdlarını tərk etdilər? Şon Mörfi BMT Məhkəməsində

Ermənistan nümayəndə heyətinin Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Şon Mörfi BMT Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi dinləmələri zamanı bildirib ki, əgər Azərbaycan Dağlıq Qarabağın erməni əhalisi üçün təhlükə deyildisə, bəs niyə ötən ilin sentyabrında 100 mindən çox insan öz ata-baba yurdunu tərk etdi?

O qeyd edib ki, Azərbaycan nümayəndələri məhkəmə işində mövcud olan sübutları öyrəndikdən sonra erməni mülki şəxslərə qarşı irqi ayrı-seçkiliyi təsdiqləyən sübutları görə bilmirlər.

“Mən prezident Əliyevin söylədiyi və son nəticədə sübutlarımızın bir hissəsi olan bütün ifadələrini araşdırmayacağam. Lakin, fikrimizcə, bu bəyantlar irqi düşmənçiliyi göstərir və ya heç olmasa yurisdiksiyanın bu mərhələsində belə oxuna bilər. Məsələn, Azərbaycan iddia edirdi ki, prezident Əliyevin dünya ermənilərinin onların əsas düşmənləri olduğunu deməsi irqi düşmənçiliyin təzahürü deyil.

Azərbaycan iddia edir ki, bu, Azərbaycanı sevməyənlərə aiddir. Amma “dünya erməniləri” ifadəsi əlbəttə ki, konkret bir ölkəyə və ya konkret ölkənin rəhbərliyinə və onun ordusuna aid deyil. Bu ifadə açıq şəkildə dünyanın harasında olursa olsun, bütöv bir etnik qrupa aiddir”.

O qeyd edib ki, Azərbaycan hökuməti ümumilikdə etnik ermənilərə qarşı nifrət təbliğ edir və yayır.

“Əgər Azərbaycan təhlükə deyilsə, bəs niyə 2023-cü ilin sentyabrında 100 mindən çox etnik erməni, o cümlədən 30 min uşaq bir neçə gün ərzində öz ata-baba yurdlarını tərk etdi”, – ER nümayəndəsi qeyd edib.

Şon Mörfi əlavə edib ki, aydındır ki, Azərbaycan rəsmilərinin sözləri Dağlıq Qarabağın bütün etnik erməniləri tərəfindən düzgün başa düşülüb. Onlar başa düşürdülər ki, bu təhdidlər təkcə Ermənistanın və Dağlıq Qarabağın keçmiş rəhbərlərinə deyil, ilk növbədə özlərinə yönəlib.

“Məhz buna görə də onlar öz evlərini tərk ediblər. Səbəb Azərbaycan hökuməti tərəfindən onilliklər ərzində formalaşmış bu təhlükə və onun yaratdığı təsəvvürdür”, – Mörfi yekunlaşdırıb.

Daha çox göstər
Back to top button