BaşlıcaSiyasət

KTMT Baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib

Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

Bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi “Qarabağın Azərbaycan ərazisi olduğunu” və “Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu” söyləyib.

“Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, – deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.

Etnik təmizləmədən sonra əhalisi olmayan regionda təhlükəsizliyi təmin etmək çətin deyil. Tasmaqambetovun sözləriylə elə çıxır ki, sülhməramlılar etnik təmizləmə aparmağa kömək etdikdən sonra Azərbaycanın artıq onun xidmətlərinə ehtiyacı qalmadı, çünki əsas təhlükə “aradan qaldırılıb”.

Daha çox göstər
Back to top button