BaşlıcaSiyasət

Mirzoyan: “Rusiya ilə münasibətlərdə fəsadlar var və biz onları gizlətmək istəmirik”

Ədalətli olar demək ki, Ermənistanla Rusiya arasında münasibətlər, mən deyərdim ki, ən yüksək səviyyədə deyil. Bu barədə ER Xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfəri zamanı “Arab News” qəzetinə verdiyi müsahibədə Ermənistan-Rusiya münasibətlərindəki mövcud vəziyyət barədə danışıb.

“Əlbəttə ki, fəsadlar var və biz bu fəsadları gizlədə bilmərik və istəmirik. Ermənistan cəmiyyətində problemlər var və məsələn, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı davranış tərzi, eləcə də 2022, 2023-cü illərdə suveren ərazilərimizə hücum edilən zaman rus müttəfiqlərimizin münasibəti ilə bağlı  və ondan əvvəl  məsələlər olub.

Beləliklə, həqiqətən də müəyyən problemlər var, lakin eyni zamanda biz bu istiqamətdə işləyirik” – deyərək  Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button