BaşlıcaSiyasət

NATO Ermənistan və Azərbaycan arasında delimitasiya razılaşmasını alqışlayıb

NATO Ermənistan və Azərbaycan arasında normallaşma səylərini dəstəkləyir.

Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” hesabında bildirib.

“Sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Almatı bəyannaməsi ilə bağlı Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir”, -Kolomina vurğulayıb.

Daha çox göstər
Back to top button