BaşlıcaSiyasət

Paşinyan Rusiya bazalarının gələcəyi barədə:  “ER və Azərbaycan sərhədçiləri sərhədi müstəqil şəkildə qoruyacaqlar”

 Bu gün artıq Ermənistanın beynəlxalq səviyyədə öz suverenliyini dərk etməsində mühüm dəyişiklik baş verib.Aprelin 20-də Stefanavanda jurnalistlərə açıqlama verən ER Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında son günlər imzalanmış protokoldan danışıb.

“Diqqət etmisinizsə, “Böyük yeddilik” ölkələri bizim indi həyata keçirməyə çalışdığımız prinsipi mahiyyətcə dəstəklədikləri bəyanatla çıxış etdilər”-deyə o, qeyd edib.

ER Baş naziri qeyd edib ki, Tavuşda Rusiya bazaları da var. “Orada yaranmış bir vəziyyətə görə Rusiya bazaları peyda olunub.

 Hazırda baş verənlər situasiyada əhəmiyyətli dəyişiklikdir və bütün istiqamətlərdə öz təsirini göstərməlidir. Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yoxdur, sərhədimiz var.

Sərhəd sülhün əlamətidir və bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”- deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button