BaşlıcaSiyasət

“Qardman-Şirvan-Naxıcevan” beynəlxalq ictimaiyyəti Azərbaycanın təxribatlarını düzgün qiymətləndirməyə çağırır

“Qardman-Şirvan-Naxıcevan” Ümumerməni Birliyinin bəyanatında Azərbaycanın aprel ayında sərhəddə gərginliyi təşviq etmək cəhdindən bəhs edilir və beynəlxalq ictimaiyyəti Azərbaycanın təxribatlarını düzgün qiymətləndirməyə və onları irqçilik siyasətinin təzahürü kimi və bir neçə onilliklər ərzində ermənilərin zülmünü dəyərləndirməyə çağırır.

Alınan məlumata görə, bəyanatda deyilir:

“Aprel ayında Azərbaycan sərhəd təxribatları ilə regional vəziyyəti sabitsizləşdirməyə cəhd edib, Azərbaycan təbliğat maşını isə işğalçı davranışını qanuniləşdirmək naminə

Ermənistanı təxribatlarda və sabitliyi pozmaqda ittiham etməkdə davam edib.

Azərbaycanın hərbi təxribatı dinc məskunlaşmalara qarşı yönəlib. Müxtəlif çaplı silahlardan açılan atəş nəticəsində evlərə, avtomobillərə, qəbiristanlıqlara ziyan dəyib.

Mülki infrastrukturun hədəfə alınması Azərbaycanın davranışında yenilik deyil. Ermənistan və Dağlıq Qarabağa qarşı aparılan müharibələrdə və sərhəd eskalasiyasında Azərbaycan heç vaxt mülki və qeyri-mülki obyektləri bir-birindən ayırmır ki, bu da mülki əhalinin normal yaşamaq hüququnu və imkanlarını pozur.

Bu gün də Azərbaycanın  dezlpnstruktiv hərəkəti nəticəsində Ermənistanın Şərq sərhəd zonasının əhalisi təhlükəsiz yaşamaq üçün ayrılmaz hüququndan məhrum edilib.

 Məktəblər, uşaq bağçaları, mədəniyyət müəssisələri, kilsələr, monastırlar qeyri-müntəzəm atəşə məruz qala bilər ki,bunda  təəssüfflər olsun  ki, Azərbaycanın zəngin hədəfləmə təcrübəsi var.

2023-cü il sentyabrın 19-20-də Dağlıq Qarabağ ermənilərinə qarşı müharibə və ondan sonrakı etnik təmizləmə zamanı Azərbaycan 10 aya yaxındır ki, silahlı birləşmələrin hərbi ringində olan 100 mindən çox ermənini əhatə edərək, artıq bütün təmkin imkanlarını nümayiş etdirib.

Bəs Azərbaycan Beynəlxalq Məhkəmənin və ya qanuna tabe olan digər strukturların qərar və qətnamələrinə əməl etməyibsə, niyə beynəlxalq ictimaiyyətdən və ya müvafiq strukturlardan onun çağırışlarına qulaq asmasını gözləyir?

 Regional sabitlik və konstruktivlik Azərbaycanın hərbi cinayətləri də daxil olmaqla hamının beynəlxalq hüquq normalarına uyğun olaraq düzgün və mütənasib cəzalandırılmasından başlayır ki, bu da diktatura və ekspansionizm yolunu seçən bütün rejimlər üçün presedent olacaq.

Ona görə də biz beynəlxalq ictimaiyyəti Azərbaycan təxribatlarına layiqincə qiymət verməyə, bunu onilliklər boyu ermənilərə qarşı aparılan irqçilik və zülm siyasətinin təzahürü kimi dəyərləndirməyə çağırırıq”.

Daha çox göstər
Back to top button