BaşlıcaSiyasət

RF qoşunlarının Artsax ərazisindən çıxarılması qəbuledilməzdir: Artsax Parlamentinin 3 fraksiyası

Rusiya Federasiyasının sülhməramlı qoşunlarının Azərbaycan tərəfindən işğal olunmuş Artsax Respublikası ərazisindən çıxarılması prosesi bir neçə ay əvvəl real soyqırım təhlkəsi altında öz vətənindən məcburi köçürülmüş 150,000 artsaxlı üçün ciddi narahatedicidir. Bu barədə Artsax Parlamentinin üç fraksiyası bəyanat yayıb.

Bəyanatda, xüsusilə bildirilir ki, “Artsax Respublikasının xalqı tərəfindən seçilmiş qanuni hakimiyyət və Parlament fraksiyaları üçün ləyaqətli və kollektiv qayıdış məsələsi əvvəlki aylarda prioritet olub və olmaqda davam edir ki, burada bizim əsas hüquq və təhlükəsizliyimizin təminatı təməl daşı əhəmiyyət kəsb edir.

2020-ci ilin Sentyabrın 27-dən sonra regionumuz ciddi transformasiyalar sferasına daxil olub və 44 günlük müharibədən sonra yaranmış vəziyyət heç bir halda gözlənilən və vəd edilən davamlı sülh və sabitliyə təminat vermir. Artsax xalqı öz iradəsindən asılı olmayaraq 2020-ci il  9 noyabr üçtərəfli bəyannamənin müddəaları ilə tələyə düşmüş və Rusiya Federasiyasının yüksək rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün verdiyi zəmanətlərə inanmışdır. Biz ağrı və təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyik ki, Artsax xalqının taleyi Üçtərəfli bəyannaməsi imzalayan bütün tərəflər üçün ikinci dərəcəli məsələyə çevrilib, buna görə də 2023-cü ilin Sentyabrında Artsax tamamilə ermənilərdən boşaldılıb.

Eyni zamanda, göz qabaqındadır ki, Artsaxda beynalxalq mövcudluğun olmamsı “ümüm ermənini” məhv etmək və ümumiyyətlə erməni izinin aradan qaldırılması siyasətini həyata keçirən Azərbaycan hərbi-siyasi rəhbərliyinə əlavə azadlıq verəcək. Belə şəraitdə çoxəsrlik erməni dini, mədəni abidələri, ermənilərin mülkiyyəti və milli varlığı təhlükə altına düşəcək.

Artsax xalqının beynəlxalq zəmanətlərin mövcudluğu və bütün hüquq və azadlıqların qorunması ilə öz min illik vətənində təhlükəsiz və təminatlı yaşaması ayrılmaz hüquqdur və Artsax Respublikası Parlamentinin üç fraksiyası narahatdırlar ki, Artsaxdan ümumilikdə beynəlxalq strukturların çıxarılması, xüsusən də Rusiya sülhməramlı qoşunlarının çıxarılması bu hüququ təhlükə altına qoyur. Eyni zamanda vurğulamağı vacib hesab edirik ki, bölgənin etnik xalqı olan Artsax ermənilərinin nümayəndələri ilə müzakirələr aparılmadan belə qərarların qəbul edilməsi qəbuledilməzdir və heç bir şəkildə sabit, uzunmüddətli sülhün bərqərar olmasına və  problemin həllinə töhfə verə bilməz.

Yuxarıda qeyd olunanı nəzərə alaraq, Artsax Respublikası Prlamentinin fraksiyaları RF müvafiq qurumları və onların məsullarını Artsax xalqının qanuni seçilmiş nümayəndələri ilə Artsax Respublikası ərazisindən RF sülhməramlı qoşunlarının çıxarılmasının əsl səbəbləri, bunun nəticəsində yaradılmış fəlakətli vəziyyət, yaranan çoxsaylı çağırışlar və onların aradan qaldırılması üçün lazımi səylərin göstərilməsi haqqında dərhəl məsləhətləşmələrə və müzakirələrə başlamağa çağırır.

Yerevan

19. 04. 2024

“Ədalət” fraksiyası

“Erməni İnqilabi Daşnaksutyun” fraksiyası

“Artsax Demokratik Partiyası” fraksiyası

Daha çox göstər
Back to top button