BaşlıcaSiyasət

Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin həbslərinin davam etməsi bizi çox narahat edir: ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.

“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin – ən son Anar Məmmədlinin, həbslərinin davam etməsi bizi çox narahat edir.

Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hökumətini insan haqlarına və ifadə azadlığından istifadə edənlər də daxil olmaqla hamının əsas azadlıqlarınahörmət etməyə çağırmaqda davam edirik”, – ABŞ səfirliynin mətbuat kattibi Amerikanın Səsinin sorğusuna cavabda bildirirb.

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı da Anar Məmmədlinin saxlanılmasını pisləyib və onu dərhal azad etməyə çağırıb.

“Azərbaycana ciddi diqqət yetirilməsinə baxmayaraq, jurnalistlərin və vətəndaş  fəallarının həbslərindən sonra, hətta indi,  ölkənin qarşıdakı COP29 tədbirinə hazırlaşdığı vaxtda hakimiyyət görkəmli vətəndaş fəalı Anar Məmmədlini saxlayıb. O, dərhal azad edilməlidir”, – Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Reyçel Denber X sosial şəbəkəsində yazıb.

Daha çox göstər
Back to top button