BaşlıcaSiyasətTəhlil

Ermənistan istənilən platformada Qranadanın gündəmində israr etməlidir: Ekspert

Analitik Armen Petrosyan son vaxtlar Ermənistanla Azərbaycan arasında danışıqlar üçün müxtəlif platformaların olmasını müsbət hal hesab edir. O, Ermənistan-Azərbaycan danışıqları üçün yeni Qazaxıstan platformasına toxunub. Petrosyan qeydedib ki, hazırda çoxları həmin platforma ilə bağlı məsələnin formal tərəfinə diqqət yetirməyə çalışır, halbuki burada mühüm məzmun görmək olar, xüsusən də Ermənistanın nöqteyi-nəzərindən danışıqlar prosesi ilə bağlı həm müsbət, həm də mənfi amillər var.

“Qazaxıstan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması platforması kimi bütün nizamlanma prosesində tamamilə yeni, yeni reallıqdır. Rəsmi Astananın qeyd etdiyi kimi, Astana vasitəçiliyindən danışmır, yalnız xoşməramlı xidmətlər təqdim edir. Bu halda Qazaxıstan birbaşa ikitərəfli danışıqlar üçün başqa bir platforma hesab olunur. Məlumdur ki, Tbilisidə də oxşar təcrübə olub, orada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri görüşüblər və sonuncu danışıqlar yenə Berlində xarici işlər nazirləri səviyyəsində aparılıb”, – Petrosyan bildirib.

Armen Petrosyanın sözlərinə görə, bir neçə aktor danışıqlar üçün öz platformalarını təklif edir və müsbət tərəfi prosesin davam olunmasıdır. Petrosyanın fikrincə, platformaların müxtəlifliyinin digər müsbət cəhəti odur ki, prosesi daim öz himayəsi altına almağa çalışan ayrı-ayrı aktyorların təsiri xeyli zəifləyir, yəni bu prosesə nəzarət üçün geosiyasi rəqabət xeyli zəifləyir.

“Söz Moskva ilə Qərb platformaları arasında davamlı olaraq Ermənistan-Azərbaycan danışıqlar prosesində özünü göstərən rəqabətdən gedir. Xüsusilə 2021-ci ildən sonra üçüncü tərəfin müdaxiləsi ilə danışıqlar prosesində süni problemlər yaranan Brüssel-Moskva-Vaşinqton-Soçi platformaları arasında rəqabət bunun bariz nümanəsidir”, – o bildirib.

Analık qeyd edib ki, danışıqlar prosesinin mənfi tərəfi də var. Azərbaycan dəfələrlə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməyərək müəyyən destruktiv davranış nümayiş etdirib.

“Məsələn, 2023-cü ilin oktyabrında Qranada görüşündə Əliyevin iştirak etməkdən və hazırlanmış sənədi imzalamaqdan imtina etməsi buna sübutdur. Əgər obyektiv rolu olan vasitəçi yoxdursa, Azərbaycanın davranışını idarə etmək, onu konstruktiv sahəyə gətirmək imkanları Ermənistan tərəfi üçün çox məhduddur. Bölgədəki hərbi-siyasi və geosiyasi tarazlığın kəskin şəkildə pozulması da prosesə mənfi təsir göstərir. Danışıqlar ikitərəfli formatda aparılsa belə, iki aktorun mövqeləri bərabər deyil. Azərbaycanın güzəştə getdiyi misal yoxdur. Bütün razılaşmalar olduğu halda, Ermənistan tərəfinin güzəştə getmək şərti ilə birtərəfli addımlar atdığını görürük, Azərbaycanın buna cavab vermədi”.

Petrsoyan onu da qeyd edib ki, digər mühüm risk Azərbaycanın danışıqlar gündəmini mümkün dəyişməsidir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqlarının hardasa olarsa olsun Ermənistan Qranadada gündəmində israrlı olmalıdır.

Petrosyanın sözlərinə görə, Qranadanın gündəliyi üzrə danışıqların təmin edilməsi Ermənistan üçün əsas olmalıdır.

Daha çox göstər
Back to top button