BaşlıcaSiyasət

ABŞ-ın Azərbaycandakı səfiri siyasi məhbusların ailə üzvləri ilə görüşüb

Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb.

Səfirliyin məlumatında deyilir ki, Libbi həbs olunanların azad edilməsinin vacibliyini qeyd edib.

“ABŞ əmindir ki, müstəqil və fəal vətəndaş cəmiyyəti məsuliyyətli cəmiyyətin tərkib hissəsidir və həbs olunanlar cəmiyyətdə vacib işlərini davam etdirmələri üçün azad edilməlidirlər”, deyə səfir bildirib.

Görüşdə müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.

Daha çox göstər
Back to top button