BaşlıcaMədəniyyətSiyasət

Əliyev bir əli ilə faşizm üzərində qələbəyə “hörmət edir”, digər əli ilə isə bu qələbəyə həsr olunmuş abidələri məhv edir

Azərbaycan prezidenti bir əli ilə faşizm üzərində qələbəyə “hörmət edir”, digər əli ilə isə bu qələbəyə həsr olunmuş abidələri məhv edir. Bu barədə “Geğard” fondu Azəraycan tərəfindən DQ-da Vətən mühariəsi qəhramanlarının xatirəsinə həsr olunmuş abidələrin məhv edilməsinə toxunaraq bəyanat yayıb.

“Azərbaycan prezidenti həyat yoldaşı ilə “faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə Sovet İttifaqının ikiqat qəhramanı Həzi Aslanovun məzarını ziyarət ediblər”. Bu barədə Azərbaycanın rəsmi mətbuat vasitələri məlumat yayıblar. Qısa mesaja əlavə edilən məlumatda oxuyuruq ki, “Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib… 600 min oğul və qızını cəbhəyə göndərib, onlardan 300 mini döyüşlərdə qəhrəmancasına həlak olub. İgidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb”.

Təbii ki, Azərbaycan bu rəqəmlərə həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətindən  hərbi xidmətə çağırılmış on minlərlə ermənini daxil edir.  Yeri gəlmişkən, Hovhannes Bağramyan və Nelson Stepanyan Sovet Azərbaycanından ikiqat SSRİ Qəhrəmanı adına layiq görülmüş 8 nəfərdən 2-sidir.

Zarafatdır, amma Azərbaycan rəhbərliyi bir tərəfdən faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə “hörmətlə yanaşır”, digər tərəfdən işğal olunmuş Artsaxda eyni qələbə üçün həyatlarını vermiş döyüşçülərə həsr olunmuş onlarla abidəni sistemli şəkildə məhv edir.

Azərbaycan vəhşiliklərindən bəzi nümunələr təqdim edək. O cümlədən Şuşidə anadan olmuş Nelson Stepanyana həsr olunmuş abidə Şuşidə dağıdılıb. Hadrut rayonunun Mets Tağer kəndində Sovet İttifaqının marşalı Armenak Xanperyantsın xatirəsinə ucaldılmış abidə, büstü və döyüş təyyarəsi məhv edilib. 2024-cü ildə Stepanakertdə admiral Hovhannes İsakovun büstü dağıdılıb. Bu hərəkətlər özlüyündə faşizmin və vandalizmin bariz təzahürləridir” – deyə “Geğard” fondunun bəyanatında vurğulanıb.

Daha çox göstər
Back to top button