BaşlıcaSiyasət

ER MN-nin Vazgen Sarkisyan adına Hərbi Akademiyasının rəisi NATO-nun regional konfransında iştirak edib

Mayın 7-10-da Vaşinqtonda ER Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasının rəisi, polkovnik Arsen Manqasaryanın da iştirak etdiyi NATO-ya üzv və tərəfdaş dövlətlərin hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib.

Ermənistan Müdafiə nazirliyindən verilən məlumata görə, konfrans zamanı cari və gələcək çağırışlar müzakirə edilib, onların həlli istiqamətində görüləcək işlər əvvəlcədən müəyyən edilib. Gələcək komandirlərin və rəhbərlərin təlim və tərbiyəsinin müasir üsullarına istinad edilib.

Qeyd olunur ki, konfrans çərçivəsində Arsen Manqasaryan tərəfdaş qurumların rəhbərləri ilə görüşüb və əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıqlar əldə edib.

Daha çox göstər
Back to top button