BaşlıcaMədəniyyətSiyasət

Sivil dünyanın səssiz razılığı ilə DQ-da erməni mədəni izi addımbə-addım məhv edilir: “Geğard” fondu

Berdzorun Surb Hambardzum kilsəsinin tamamilə dağıdılması Azərbaycan vandalizminin növbəti təzahürüdür. Bu barədə “Geğard” elmi-anslitik fondunun yaydığı bəyanatda qeyd olunur.

“2024-cü il Mayın 11-də internetdə peykdən çəkilmiş foto paylaşılıb, orada aydın görünür ki, Azərbaycan Berdzorun Surb Hambardzum Kilsəsini tamamilə dağıdıb. Vandalizmin bu növbəti təzahürü həmin dövlət üçün adi haldır ki, onun əsas problemlərindən biri də işğal olunmuş ərazilərdə erməni izlərini məhv etməkdir.

Bu, soyqırımı ilə əlaqəli hərəkətlərdən biri olan etno-dini və ya dini qrupun mədəni dəyərlərinə qəsdən etinasızlıq və ya məhv edilməsi kimi müəyyən edilən mədəni soyqırımdır. Məqsəd bu qrupun heç vaxt həmin ərazidə yaşamadığını və heç bir mədəni varlığının olmadığını sübut etməkdir”- deyə Fond hələ 2022-ci ildə Azərbaycanın “Abidələrin mühafizəsi üzrə ictimai təşkilatı”nın  Berdzorun Surb Hambardzum kilsəsinin məscidə çevrilməsi təşəbbüsü haqqında bəyanatını xatırladıb.

“Bildirmək vacibdir ki, Əliyevin və onun yaratdığı diktatura rejiminin təmsil etdiyi Azərbaycanın dövlət siyasəti son otuz ildə ermənilərin yaratdığı irsi məhv etməyə davam edəcəyini açıq şəkildə bəyan edib. Bunun ən bariz nümunəsi BBC-nin 25 Mart 2021-ci il tarixində paylaşdığı foto idi ki, orada Mexakavanın Surb Astvatsatsin kilsəsi (2013-cü ildə tikilib) tamamilə dağıdılıb.

Beləliklə, sivil dünyanın səssiz razılığı ilə Artsax ərazisində erməni mədəni izi addım-addım məhv edilir. Şübhə yoxdur ki, Azərbaycan planlaşdırdığı mədəni soyqırımını başa çatdıracaq.Naxicevanda və Azərbaycanın nəzarətində olan digər ərazilərdə baş verənləri buna sübutdur” – deyə bəyanatda yekunlaşdırılır.

“Geğard” elmi-analitik fondu Azərbaycan dövlətinin növbəti vandalizm aktını qətiyyətlə pisləyir.

Daha çox göstər
Back to top button