BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanlı vandalların işğal olunmuş Şuşidə erməni mədəni irsinin islamlaşdırılması yeni cəhdləri

Monument Watch xəbərdarlıq edir.

Mayın 11-də Şuşidə Heydər Əliyev fondu və İSESCO arasında mədəniyyət, elm və təhsil sahələrində təcrübə mübadiləsi, yeni texnalogiyaların işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutulan əməkdaşlıq memorandumu imzalanıb.

Xatırladaq ki, İSESCO İslam xalqları arasında əlaqələrin möhkəmləndirilməsi və bu sahələrdə sabit inkişafın təşviqi məqsədi daşıyan islam təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan İslam əməkdaşlıq təşkilatının (İƏT) ixtisaslaşmış bölməsidir.

Oxşar memorandum və sazişlər Şuşinin qlobal islamlaşma planının bir hissəsidir. Azərbaycan mədəniyyət nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hələ 2021-ci ildən etibarən Azərbaycan tarixi erməni şəhəri Şuşinin (44 günlük müharibədən sonra Azərbaycanın mədəniyyət paytaxtı) “YUNESKO-nun Yaradıcı şəhərlər şəbəkəsinə” daxil edilməsi üçün YUNESKO katibliyinə sənədlər təqdim edib.

Nazir Anar Kərimov isə 2021-ci ilin Sentyabrın 17-də Xivədə (Özbəkistan) keçirilmiş türk nazirlərinin 38-ci beynəlxalq görüşündə təsdiqləyib ki, Bakı türk xalqlarının ümumi mədəniyyətinin inkişafı ilə məşğul olan “TÜRKSOY” beynəlxalq təşkilatı ilə əlaqələri aktivləşdirərək Şuşi şəhərini 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməyi planlaşdırır.

Bundan başqa, 2021-2022-ci illərdə işğal olunmuş Şuşidə şəhərin tarixi-mədəni simasını saxtalaşdırmaq və prosesi beynəlxalq miqyasda müəyyən etmək, şəhəri beynəlxalq ictimaiyyətə və təşkilatlara sırf azərbaycanlı kimi təqdim etmək və bütün bunları qanuniləşdirmək məqsədi daşıyan müxtəlif konfranslar keçirilirdi.

Şuşi şəhərinin zəngin erməni mədəni irsi, tarixi keçmişi və çoxsaylı abidələrinin mövcudluğunu tamamilə gizlədərək Şuşi sırf azərbaycanlı və türk yaşayış məntəqəsi kimi təqdim olunduğu bütün proqram və çıxışlarda bu tendensiyalar özünü göstərir.

Xüsusilə, 2022-ci ilin Oktyabrın 21-də Bakıda “Türk-islam irsinin zənginliyi və onun müasir problemlərin həlli kontekstində əhəmiyyəti” mövzusu ilə Türk dövlətləri təşkilatının dini liderlərinin üçüncü konfransı keçirilib ki, onun ərəfəsində Oktyabrın 20-də Şuşidə sənəd imzalanıb və orada Türk dövlətlər təşkilatının müsəlman idarələri başçıları şurasının yaradılmasının  əsasını qoyulub.

Diqqətəlayiqdir ki, sazişdə mədəni dəyərlərin bərpası ilə bağlı türk tərəfdaşlarla razılaşmaya istinad edilir ki, ona  əsasən onlar erməni işğalı zamanı zədələnmiş müsəlman irsinin bərpasında birgə yardıma arxalanmalıdırlar.

Bizim reaksiyamız.

Erməni mədəniyyətinin ən vacib mərkəzi olan tarixi Şuşi şəhərinin azərbaycanlı elan edilməsi şəhərin tarixinin, onun həqiqiliyinin və bütövlüyünün fundamental prinsiplərini açıq şəkildə pozur.

Hüquqi baxımdan Azərbaycan mənimsəmə siyasətini həyata keçirərək üzv olduğu 2001-ci il “Mədəni müxtəlifliyin qorunması haqqında” və 2005-ci il “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiyaların müddəalarını pozur. 1966-cı il “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt”ın 15-ci maddəsində qeyd olunmuş Şuşi erməni icmasının mədəni hüququ da pozulur. O, hər kəsin mədəni həyatda iştirak etmək hüququna zəmanət verir.

2007-ci il “Mədəni hüquqlar haqqında Friburq bəyannaməsi” də mədəni hüquqları şəxsiyyəti ifadə etmək, müxtəlif mədəni sərvətlərdən və biliklərdən istifadə etmək imkanı hesab edərək belə bir hüququ müəyyən edir. Onlardan başqa həmçinin Faronun 2005-ci il “Cəmiyyət üçün mədəni irs” konvensiyasında mədəni irs hüququ ilə bağlı müddəalar var.

Şəhərin özünəməxsusluğunun uzaqlaşması, irsin funksiyasının dəyişmələri ona məna və dəyər verən irsin biliyi və tarixi olan irsin qeyri-maddi komponentlərinə ciddi ziyan vurmasını nəzərdə tutur.

Daha çox göstər
Back to top button