Başlıcaİctimaiyyət

Ermənistanda ən yüksək maaş Yerevandadır

2024-cü ilin birinci rübdə Ermənistanda orta aylıq əmək haqqı 2023-cü illə müqayisədə 8,2 faiz yüksək olub. Bunu ER Statistika Komitəsinin məlumatları göstərir.

Dövlət sektorunda orta aylıq əmək haqqı 10,2 faiz artaraq 208 min 752 dram, qeyri-dövlət sektorunda isə orta aylıq nominal əmək haqqı 7,3 ​​faiz artaraq 313 min 260 dram təşkil edib.

Respublikada ən yüksək əmək haqqı Yerevandadır və orta hesabla 299 804 dramdır. Digər bölgələr arasında ən yüksək orta aylıq əmək haqqı Syunikdə olub, bu da ötən ilin eyni dövrünün göstəricisini 22 157 dram üstələyərək 294 704 dramdır.

İqtisadçı ekspert Suren Parsyan “Syunik TV”-yə müsahibəsində bildirib ki, ER-də orta əmək haqqı əsasən IT, bank, mədənçıxarma sektorlarında yüksəkdir.

“Mədənçıxarma sektorunda ardıcıl olaraq orta əmək haqqının ən yüksək səviyyələrindən birinə malikik. Dünya bazarında metalların qiymətində dalğalanmalara baxmayaraq bu sektorda maaşlar, ümumiyyətlə, yüksəkdir. Syunik bölgəsində kəndləri üçün də mədənçilik hərəkətverici qüvvə hesab olunur”,- o qeyd edib.

Daha çox göstər
Back to top button