BaşlıcaSiyasət

Əliyevin təltif etdiyi azərbaycanlı qadın ABŞ konqresmeninə rüşvət verməkdə təqsirli olduğunu etiraf edib

ABŞ-da müstəntiqlər ABŞ Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan demokrat Henri Kuellara qarşı Azərbaycanın nəzarətində olan enerji şirkəti və bir bankdan (Meksikada) 600 min dollar rüşvət aldığı iddiası ilə üçüncü ittiham irəli sürüblər.

Mayın 1-də Hyuston Federal məhkəməsində 67 yaşlı İradə Axundova Azərbaycanın agenti kimi çıxış etməkdə təqsirli bilinib. Axundova etiraf edib ki, konqresmenin həyat yoldaşı İmelda Kuellara 60 min dollar ödənilməsində iştirak edib, o da ittiham olunub. Azərbaycanın maraqlarını müdafiə etmək məqsədilə 300 min dollardan çox rüşvət aldığı iddia edilib. Axundovanı 5 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Axundova 20 ilə yaxın qeyri-hökumət təşkilatı olan Hyuston-Bakı qardaş şəhərlər assosiasiyasının sədri vəzifəsində çalışıb.

İddiada onun 2014-2017-ci illərdə Bakı şirkətinin Amerika filialının direktoru vəzifəsində çalışdığı bildirilir. İttihama görə, Azərbaycan rəsmiləri Ermənistanla qarşıdurma kontekstində ölkənin dəstəyini almaq istəyiblər.

Cuellar Azərbaycanyönlü qanunvericilik təşəbbüslərinə təsir göstərməyə və ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycanpərəst çıxışlar etməyə razılaşıb.

 Kuellar vaxtilə Konqresin Azərbaycan Komitəsinin həmsədri olub. Axundova Texas konqresmeninə qarşı Federal istintaqda təqsirli bilinən üçüncü şəxsdir.

 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyev onu xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edibmiş.

Daha çox göstər
Back to top button