BaşlıcaSiyasət

“Sərhədlərin demarkasiyası uğurlu olub və Ermənistan ərazisindən bir millimetr də olsun torpaq verilməyib”: Qriqoryan

“Sərhədlərin demarkasiyası uğurlu olub və Ermənistan ərazisindən bir millimetr də olsun torpaq verilməyib”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib.

“İlk növbədə, Azərbaycan və Ermənistanın əldə etdiyi çox mühüm razılaşmanı, yəni Alma-Ata Bəyannaməsinə əsaslanan prinsip kimi delimitasiya prosesinə başlanılmasını, həmçinin Sovet İttifaqının son illərində mövcud olan hüquqi xəritələrdən istifadə ilə bağlı razılaşmaların əldə edilməsini qeyd etmək istərdim. Demarkasiya prosesində 1976-cı ilin xəritəsi götürülüb və ona əsasən biz həm Ermənistan, həm də Azərbaycan ərazisində ən azı 4 kənddə demarkasiya apardıq və sərhəd çəkildi. Sərhədin bu tərəfindəki ərazi Ermənistan Respublikası, sərhədin o tərəfində Azərbaycan ərazisidir”, – deyə Qriqoryan bildirib.

Eyni zamanda Qriqoryan parlamentdə təmsil olunan müxalifətin Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə komissiyalar tərəfindən imzalanmış protokolun və ondan irəli gələn hər hansı fəaliyyətin qanunsuz olduğuna və cinayət qanunu ilə cəzalandırılmalı olduğuna, həmçininə birtərəfli güzəşt edilməsi ilə bağlı iddialarına da cavab verib.

Qriqoryan bildirib ki, Yerevan Ermənistan Respublikası ərazisindən bir millimetr də olsun torpağı güzəştə getməyib:

“Ermənistan Respublikası ərazisinin demarkasiyası 1976-cı ilin xəritəsinə uyğun sərhəd xəttinin bərpası ilə başa çatdırılıb. Yəni sərhəd 1976-cı ildə keçdiyi yerdən keçir. Bu gün sərhədlərin demarkasiyası hüququ çərçivəsində həyata keçirilib. Məhz Ermənistan Respublikasına məxsus olan ərazilər isə bizimdir”.

Daha çox göstər
Back to top button