BaşlıcaSiyasət

Ruben Vardanyanın ailəsi beynəlxalq ictimaiyyəti Bakı həbsxanasında saxlanılan bütün erməni məhbusların azad edilməsini tələb etməyə çağırır

Ruben Vardanyanın ailəsi beynəlxalq ictimaiyyəti Vardanyanın və digər 22 erməni məhbusun qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırır.

Məlumatda qeyd olunur ki, Azərbaycan məhkəməsi erməni xeyriyyəçi, Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyanın həbsdə saxlanma müddətini növbəti dəfə uzadıb. Ruben Vardanyan 2023-cü il sentyabrın 27-dən qanunsuz olaraq Bakı həbsxanasında saxlanılır.

Səkkiz aydır ki, Azərbaycan hakimiyyəti beynəlxalq hüquqa və insan ləyaqətinə məhəl qoymur, Ruben Vardanyanı məhkəməsiz və lazımi prosedur olmadan həbsdə saxlayır.

Vardanyanın həbs müddətinin lazımi hüquqi prosedur olmadan daha beş ay uzadılması ilə bağlı bu qərar fundamental insan hüquqlarının növbəti kobud şəkildə pozulmasıdır.

Avropa Parlamentinin qətnaməsi, ABŞ Konqresinin sanksiyaları haqqında qanun layihəsi və Fransa Senatının qətnaməsi vasitəsilə Azərbaycana beynəlxalq təzyiqlər güclənməkdə davam edərkən, biz Vardanyanlar ailəsi olaraq beynəlxalq ictimaiyyəti və vətəndaş cəmiyyətinin nümayəndələrini Ruben Vardanyanın və digər 22 erməni məhbusun qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırırıq”.

Həmçinin vurğulaıb ki, həbs müddətinin uzadılmasının yeganə izahı budur ki, bu iş siyasi xarakter daşıyır və Azərbaycanın Ruben Vardanyana qarşı onu mühakimə etmək üçün heç bir faktiki sübutu yoxdur. Ona görə də o, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır.

Daha çox göstər
Back to top button