Başlıcaİctimaiyyət

Aşqabadda Sayat-Novanın abidəsinin  açılışı olub

Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Türkmənistanın paytaxtı Aşqabadda şair Maxtumkuli Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş mədəniyyət nazirlərinin beynəlxalq konfransında iştirak edir.

ER Təhsil, elm, mədəniyyət və idman nazirliyindən verilən məlumata görə, forumun açılışında 20-dən çox ölkədən olan yüksək səviyyəli nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Görkəmli türkmən şairi və mütəfəkkiri Maxtumkuli Fraqinin anadan olmasının 300 illiyi çərçivəsində Aşqabadda onun adına park açılıb ki, ourada Fraqinin monumental abidəsi ilə yanaşı, dünyanın məşhur mütəfəkkirlərinin heykəlləri də qoyulub.

Parkın yeni açılmış klassik şairlər xiyabanında orta əsrlərin məşhur erməni şairi Sayat Novanın heykəli də yerləşdirilib. Parkda həmçinin  Dante Aliğyerinin, Şota Rustavelinin, Onore De Balzakın, Yoyan Volfqanq fon Götenin, Hafez Şirazın, Fyodor Dostoyevskinin və digər ümumdünya mütəfəkkirlərin heykəlləri yerləşdirilib.

Sayat-Novanın heykəlinin açılışı şərəfi ER Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və ER-nin Türkmənistandakı Fövqəladə və səlahiyyətli səfiri Ruben Xarazyana həvalə edilib.

Sayat-Nova abidəsinin açılışında Maxtumkuli Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş beynəlxalq konfransın nümayəndələri iştirak ediblər.

Daha çox göstər
Back to top button