BaşlıcaİctimaiyyətSiyasət

ƏİİN-də Ermənistanda infrastrukturların tikintisi sahəsində Qazaxıstan şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

ER Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Kanat Bisimbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin tərkibində həmçinin Qazaxıstan Respublikasının ER-dakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayev də olub. Bu barədə NEWS.am-a Ərazi idarəetmə və infrastruktur nazirliyindən məlumat verilib.

Nazir qonaqları salamlayıb və iki ölkə arasında xüsusilə son illərdə mövcud olan çoxsahəli əməkdaşlığı yüksək qiymətləndirib. Kanat Bisimbayev səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Görüş zamanı infrastrukturun inkişafı, tikinti sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Qazaxıstan tərəfi Ermənistanda müxtəlif infrastrukturların tikintisi sahəsində Qazaxıstan şirkətlərinin mümkün iştirakında maraqlı olduğunu bildirib.

Təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq imkanlarının artıq iş rejimində müzakirəsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button