BaşlıcaSiyasət

ER Baş naziri İranın Əli Rəhbərinə başsağlığı verib 

Baş nazir Nikol Paşinyan helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti və onu müşayiət edən heyətin vəfatı ilə əlaqədar İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib. 

Başsağlığında deyilir:

“Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin helikopter qəzasında həlak olması faciəli xəbəri məni sarsıtdı.

Ermənistan Respublikasının hökuməti və xalqı adından əziz dostum və həmkarım prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edən şəxslərin faciəvi ölümü ilə əlaqədar səmimi başsağlığı və təsəlli sözlərini göndərirəm. 

Mən İran İslam Respublikası hökuməti və xalqı ilə həmrəyəm, onlara bu çətin zamanda güc və dözüm diləyirəm.  

İran İslam Respublikası üçün bu çətin dövrdə Ermənistan Respublikası və onun xalqı bizim yaxşı dostumuz və qonşu dövlət və xalq yanındadır”.

Daha çox göstər
Back to top button