BaşlıcaSiyasət

İranın vitse-prezidenti Rəisi və nümayəndə heyəti üzvlərinin vəfatını təsdiqləyib

İranın vitse-prezidenti Möhsün Mənsuri helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin üzvlərinin öldüyünü təsdiqləyib.

Xatırladaq ki, İran prezidentini daşıyan helikopter ölkənin Verzeqan bölgəsində şərt eniş edib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Daha çox göstər
Back to top button